Ukraynadan işğalçılara daha bir ZƏRBƏ

 12:42 08.06.2023     468

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 212760 (+730) nəfər canlı qüvvəsi, 3891 (+18) tank, 7576 (+16) ədəd zirehli döyüş maşını, 3668 (+28) ədəd artileriya sistemi, 595 (+1) reaktiv yaylım atəşi sistemi, 355 (+3) hava hücumundan müdafiə sistemi, 314 (+0) təyyarə, 299 (+0) helikopter, 3234 (+15) PUA, 1171 (+0) qanadlı raket, 18 (+0) gəmi, 6384 (+35) avtomobil texnikası və avtosistern, 500 (+8) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2