Türkiyə Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcək

 17:38 08.06.2023     274

Türkiyənin NATO Kosovo Qüvvələrinə (KFOR) komandanlığı bu payızda rotasiya çərçivəsində alacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı "Bloomberg" Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə,oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək. Təhvil-təslim Kosovonun şimalında baş verən son zorakılıqdan çox əvvəl planlaşdırılıb.

Hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməyib. Respublikanın Milli Müdafiə Nazirliyi və NATO sözçüsü agentliyin şərh tələblərinə cavab verməyib.

Çərşənbə günü Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Türkiyə daha əvvəl NATO-nun tələb etdiyi xüsusi təyinatlı bir batalyonun Kosovoya təhvil verilməsini başa çatdırıb.

Tunar Altunbay