"ABŞ və Çin arasında hərbi toqquşma istisna deyil" - General Milli

 20:41 08.06.2023     363

"ABŞ və Çin arasında hərbi toqquşma qaçılmaz deyil, lakin onun ehtimalı da tamamilə istisna edilmir".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Milli Müdafiə Universitetində məzunlar qarşısında çıxış edərkən bildirib.

"Birləşmiş Ştatlar və Çin arasında müharibə qaçılmaz deyil, lakin demək olmaz ki, bu baş verməyəcək", - general deyib.

O xatırladıb ki, yalnız bu yaxınlarda Tayvan boğazında iki ölkənin hərbi gəmilərinin iştirakı ilə insident baş verib.

Milli Çinin hərəkətlərinin daha da aqressivləşdiyini və digər ölkələrdə və bölgələrdə hərbi mövcudluğunu genişləndirdiyini vurğulayəb.

Rusiya haqqında danışan Milli iddia edib ki, Rusiya hazırda dünya üçün, xüsusən də Avropa üçün çox ciddi təhlükə yaradır.

Tunar Altunbay