İrəvan - İstanbul birbaşa aviareysi açılır

 22:25 08.06.2023     337

Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.