Rusiyada bir gündə 3 güclü ZƏLZƏLƏ

 11:43 09.06.2023     443

Rusiyanın Kamçatka bölgəsində son sutkada üç zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin saytında məlumat verilib .

Yeraltı təkanlar əvvəlcə Kamçatka körfəzində hiss olunub, onların maqnitudası 5,2 olub.

Daha sonra Ust-Kamçatskdan 177 kilometr şərqdə 3,9 bal gücündə zəlzələ baş verib. Zəlzələlərin episentri Sakit okeanda olub.

Üçüncü zəlzələ isə, Ust-Kamçatsk kəndindən 106 kilometr cənub-şərqdə baş verib, onun mənbəyi 48 kilometr dərinlikdə olub. Zəlzələnin gücü 3,9 bal olub.

Hər hansı dağıntı barədə məlumat verilməyib və sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, bundan əvvəl Saxalində zəlzələ baş verib . Zəlzələ Roşçino kəndindən 7 kilometr şərqdə, 7 kilometr dərinlikdə qeydə alınıb.

Arzu İSMAYIL