Türkiyədə iki tramvay toqquşdu - Çoxlu yaralı var

 11:52 09.06.2023     236

Türkiyənin Samsun bölgəsinin İlkadım rayonunda iki tramvayın toqquşması nəticəsində 20-dən çox insan yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi heyət cəlb olunub.

Qəza nəticəsində ölüm olmadığı qeyd edilib.

Hadisənin səbəbi araşdırılır.