Ermənistanda nazirin korteji qəzaya səbəb oldu

 12:13 09.06.2023     328

Ermənistan polisi İrəvanın mərkəzində baş vermiş böyük qəza və daxili işlər naziri Vahe Qazaryanın kortejinin keçməsi üçün küçəni qismən bağlayan yol polisi nümayəndələrinin iştirakı ilə bağlı bəyanat yayıb.

Redaktor.az xəbər verir ki, iyunun 8-də səhər saatlarında İrəvanda “Toyota”, “QAZelle” və “Jeep” markalı avtomobillərin iştirakı ilə iri qəza baş verib.

Daha sonra “Məlumatlı Vətəndaşlar Assosiasiyası” QHT-nin rəhbəri Daniel İoannisyan qəzanın videosunu sosial şəbəkələrdə yerləşdirərək qeyd edib ki, qəza Daxili İşlər Nazirliyi rəhbərinin kortejiə görə küçənin qismən bağlanması səbəbindən baş verib. 

Öz növbəsində, polisin mətbuat xidmətinin bəyanatında qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı artıq xidməti araşdırma təyin edib.

Bildirilib ki, xidməti araşdırma çərçivəsində hadisəni müşayiət edən əməkdaşların hərəkətləri ilə qəza arasında əlaqə də müzakirə olunacaq.

Hüquq-mühafizə orqanları qəzadan sonra cinayət işinin başlandığını da bildiriblər.

Nəticələr daha sonra açıqlanacaq.

Tunar Altunbay