Paşinyanın oğlunu oğurlayan qadının cəzası AÇIQLANDI

 16:09 09.06.2023     331

İrəvanın birinci instansiya məhkəməsi Ermənistanın baş naziri Aşot Paşinyanın oğlunu qaçırmaqda təqsirləndirilən Qayane Akopyanı 4 il müddətinə azadlıqdan məhrum edib.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, məhkəmə ona şərti cəza olaraq 1 il sınaq müddəti təyin edib.

İyunun 9-da Akopyan vəkillərindən imtina edib. Vəkillər onunla fikir ayrılıqları olduğunu bildirdilər və Akopyanın günahını etiraf etmək qərarına gəldiyini açıqlayıblar. Onlar qeyd ediblər ki, həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldıra biliblər.

Məhkəmə qərarına əsasən, Akopyan məhkəmə orqanının icazəsi olmadan ölkəni tərk edə bilməz. Ermənistanda yaşayış yerini dəyişərkən, o, probasiya xidmətinə məlumat verməlidir.

Qadın məhkəmə binasından sərbəst buraxılıb.

Öz növbəsində baş nazirin oğlu Aşot Paşinyan jurnalistlərə bildirib ki, bu qərar onu qane edir. Onun sözlərinə görə, ədalətin məqsədi insanı cəzalandırmaq deyil, cinayətlərin qarşısını almaq və sayını azaltmaqdır.

“Əgər məhkəmə sistemi belə bir qərar veribsə, mən bunun əleyhinə ola bilmərəm.

Kiçik Paşinyan məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.

Xatırladaq ki, mayın 17-də İstintaq Komitəsi Aşot Paşinyanın ifadəsi əsasında “adam oğurluğu” maddəsi ilə cinayət işi açdıqdan sonra 44 günlük müharibədə ölən erməni əsgər Jora Martirosyanın anası Qayane Akopyan (pasportuna görə – Azquş Martirosyan) saxlanılıb. O, Aşot Paşinyanın oğurlanmasını təşkil etməkdə ittiham olunurdu. Daha sonra o, həbs edilib.

Müstəntiqlərin fikrincə, “Oğulların Zəngi” təşkilatının üzvləri kiçik Paşinyanı maşınlarına minməyə məcbur ediblər, lakin o, tullana bilib və onu başqa maşın vurub. Qayane Akopyan adam oğurluğu ittihamını rədd edib. Onların sözlərinə görə, kiçik Paşinyan könüllü olaraq ölən əsgərin anasının maşınına minib və İrəvandakı Yerablur hərbi qəbiristanlığına getməyə razılaşıb, lakin yolda maşından düşüb.

Tunar Altunbay

2