"Müasir silahlarımız kifayət qədər deyil" - Putindən ETİRAF

 19:03 09.06.2023     403

Müasir silahlar hələ də çatışmır, lakin Rusiyanın hərbi-sənaye kompleksi sürətlə inkişaf edir və istehsal intensiv şəkildə artır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bəli, hələ ki, müasir silahlarımız kifayət qədər deyil, lakin sənaye, müdafiə sənayesi, ölkənin hərbi-sənaye kompleksi sürətlə inkişaf edir və əminəm ki, müdafiə sənayesinin qarşısında duran bütün vəzifələr, əlbəttə ki, öz həllini tapacaqdır" - prezident bildirib.

Putin əlavə edib ki, müasir silah növlərinin intensiv şəkildə yığılması müşahidə olunur.

Turan İSMAYIL