Putin Paşinyanı gördüyünə çox sevindi

 19:35 09.06.2023     372

Bu gün Rusiyanın Soçi şəhərində bu ölkənin dövlət başçısı Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Putin görüşü açaraq, Paşinyanı ölkələr arasında ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etməyə dəvət edib.

“Hörmətli Nikol Vovayeviç, biz mütəmadi olaraq görüşürük və mən bugünkü tədbir çərçivəsində ikitərəfli müstəvidə mövcud vəziyyət və Moskvada əvvəlki görüşdə bu qədər ətraflı danışdığımız regional problemlər barədə bir daha danışmaq imkanından çox məmnunam", - Putin görüşü açaraq deyib. O əlavə edib ki, Paşinyanı gördüyünə çox sevinib.

Nikol Paşinyan isə bildirib ki, Putinlə bu günkü görüşündə "Dağlıq Qarabağ" və "Laçın dəhlizi" məsələsini müzakirə edəcək. 

Rusiya lideri isə "əlbəttə" deyərək Ermənistan baş nazirinin sözlərini təsdiq edib.

Qeyd edək ki, bundan öncə Putin mayın 25-də Moskvada Paşinyanla şəxsən görüşüb, eyni zamanda Rusiya Federasiyası Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü və liderlərin üçtərəfli görüşü baş tutub. Bu hadisələr Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra baş verib. 

Turan İSMAYIL