Medvedev ABŞ-ı milyonlarla insanın ölümündə günahlandırdı

 19:49 09.06.2023     346

ABŞ hakimiyyəti, o cümlədən bütün Amerika prezidentləri Vaşinqtonun son onilliklərdə atdığı addımlar nəticəsində alovlanan regional münaqişələrdə milyonlarla insanın ölümünə görə məsuliyyət daşıyır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"Son onilliklərin heç bir böyük regional münaqişəsi Amerika "xeyirxahlarının" birbaşa və ya dolayı iştirakı olmadan baş verməyib. Bunun nəticəsi milyonlarla insanın ölümüdür. Onların qanı bütün Amerika prezidentlərinin, müxtəlif korrupsioner əclafların və Amerika administrasiyasından və Konqresindən olan digər ağılsız qocaların əlindədir", - o, tviter hesabında yazıb. 

Medvedev Ukraynada "xüsusi hərbi əməliyyat" zamanı Rusiyanın öz xalqını qorumaq üçün hərəkətlərini tənqid edən ABŞ siyasətçilərinə “susmağı” tövsiyə edib.

Turan İSMAYIL