Daha bir ölkə Rusiyadakı səfirliyini bağlayır

 22:06 09.06.2023     340

İslandiya Xarici İşlər Nazirliyi avqustun 1-dən Moskvadakı səfirliyin işini dayandırmaq qərarına gəlib.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

“Bu, asan qərar deyil, çünki İslandiya 1944-cü ildə müstəqillik əldə etdikdən sonra Rusiya xalqı ilə əhəmiyyətli əlaqələr saxlayır. Bununla belə, mövcud vəziyyət kiçik İslandiya dövlətinin xarici xidmətinin Rusiyadakı səfirliyin işini davam etdirməsini sadəcə olaraq məqsədəuyğun hesab etmir”, - İslandiyanın xarici işlər naziri Tordis Gilfadottir açıqlamasında bildirib.

İslandiya həmçinin Rusiya Federasiyası ilə diplomatik münasibətlərin səviyyəsini azaltmaq niyyətindədir və İslandiya hakimiyyəti Rusiyadan Reykyavikdəki səfirliyinin işinin miqyasını azaltmağı xahiş edib.

“İslandiyanın Moskvadakı səfirliyinin işini dayandırmaq qərarı diplomatik münasibətlərin kəsilməsi demək deyil. Şərtlər imkan verən kimi İslandiya Moskvadakı səfirliyini yenidən açmağı prioritet hesab edəcək.

Tunar Altunbay