Netanyahu İranı HƏDƏLƏDİ

 23:10 09.06.2023     327

İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib.

Redaktor.az gazeta.ru-ya istinadla bildirir ki, o, İranın nüvə proqramının inkişafının qarşısını almaq məqsədilə ölkə hakimiyyətinin hərbi vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib.

“Mən tək diplomatiyanın işə yarayacağını düşünmürəm. Hesab edirəm ki, diplomatiya yalnız real hərbi təhlükə və ya hərbi varianta əl atmaq istəyi ilə birgə işləyə bilər”, –  İsrailin baş naziri açıqlama verib.

O əlavə edib ki, dinc oturub, heç nə etməmək kimi bir fikirləri yoxdur.

Tunar Altunbay