Tramp və onun köməkçisi 38 maddə üzrə ittiham olunur
Cümə günü Florida Cənub Dairə Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilmiş ittiham aktına əsasən, ABŞ hakimiyyəti keçmiş prezident Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədləri qanunsuz saxlamaqda ittiham edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, sənədə əsasən, Amerika administrasiyasının keçmiş rəhbərinə qarşı mümkün cəzaların əlavə siyahısında 37 bənd, onun köməkçisinə qarşı isə 6 bənd göstərilib.
Digər məqamlarla yanaşı, müttəhimlər yalan şahidlik və sui-qəsddə ittiham olunurlar.
Trampa qarşı irəli sürülən ittihamlar 20 ilə qədər həbs cəzası ilə yanaşı, cərimələri də nəzərdə tutur. İttihama görə, Trampın gizlətdiyi məxfi sənədlərdə ABŞ-ın nüvə proqramları ilə bağlı məlumatlar var.
Qeyd olunur ki, Trampa qarşı irəli sürülən ittihamlar dövlət vəzifəsində işləməyə qadağa şəklində sanksiyalar nəzərdə tutmur. Beləliklə, Tramp prezidentliyə seçilə və bu vəzifəni tuta biləcək.
Tunar Altunbay