Türkiyədə dəhşətli PARTLAYIŞ - Ölənlər var - VİDEO

 12:16 10.06.2023     747

Türkiyənin paytaxtı Ankarada Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış və yanğın baş verib.

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, partlayış nəticəsində zavodun 5 əməkdaşı həlak olub.

Hadisənin saat 08.40 radələrində dinamit sexində baş verdiyi, sexdə böyük dağıntıların olduğu bildirilir. Bu barədə Petrol İş Ankara Şöbəsinin sədri Haluk Koşar məlumat verib. O, içəridə 5 nəfərin olduğunu, hazırda dağıntılar altında olanların axtarışlarının davam etdiyini bildirib. 

Zavoda yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Hazırda yanğın söndürülüb. Zavodda böhran masası yaradılıb.