İranda iki ziyarətgah yandırıldı

 20:15 10.06.2023     510

İranın İlam vilayətində iki ziyarətgah yandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb.

İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.

Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən