Makrondan Rəisiyə İranın Rusiyaya PUA verməsi ilə bağlı XƏBƏRDARLIQ

 21:46 10.06.2023     409

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti İbrahim Rəisi ilə müzakirə aparıb.

Redaktor.az "Yerusəlim Post"a istinadla xəbər verir ki, bu barədə İranın dövlət mediası xəbər yayıb.

Makronun ofisi isə şənbə günü bildirib ki, Makron iranlı həmkarına pilotsuz uçan aparatların (PUA) Rusiyaya çatdırılmasının nəticələri barədə xəbərdarlıq edib. Bəyanatda deyilir ki, telefon danışığında Makron İranın nüvə proqramının trayektoriyası ilə bağlı narahatlığını da ifadə edib.

Turan İSMAYIL