20 ölkə Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədi

 22:27 10.06.2023     314

Şənbə günü Kanadanın müvafiq bəyannaməni imzalanmasından sonra Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib.

Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo şənbə günü elan olunmamış səfərlə Kiyevə gəlib. O, prezident Volodimir Zelenski ilə Ottavanın “şərtlər imkan verən kimi” Ukraynanın NATO-ya daxil olmasını rəsmən dəstəklədiyi bəyannaməni imzalayıb.

Həmçinin, Kanada NATO - Ukrayna Şurasının yaradılmasına da tərəfdar çıxıb. Bu, Ukrayna və Alyans arasında yeni qarşılıqlı fəaliyyət mexanizmi üçün ilk belə ictimai dəstək olub.

Qeyd edək ki, may ayında Avropa paytaxtlarına səfəri çərçivəsində prezident Zelenski İtaliya, Almaniya və Fransa liderləri ilə də Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən bəyannamələr imzalayıb.