Ərdoğan BƏƏ prezidentinə “Togg” avtomobilini göstərdi - FOTO

 23:18 10.06.2023     277

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə işgüzar səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana “Togg” elektromobilini göstərib.

Redaktor.az xəbər verir ki, tərəflər bağlı qapılar arxasında danışıqlar aparıblar.

Görüşdən sonra “Togg” avtomobilinin təqdimatı olub.

BƏƏ prezidenti avtomobilin sürücü oturacağına əyləşərək salona göz gəzdirib və Ərdoğandan maşının texniki xüsusiyyətlərini soruşub.

 

2