İşğalçıların Ukraynada daha bir dəhşətli sutkası - 980 canlı itki - FOTO

 10:46 11.06.2023     798

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 215640 (+ 980) nəfər canlı qüvvəsi, 3926 (+17) tank, 7631 (+24) ədəd zirehli döyüş maşını, 3736 (+19) ədəd artileriya sistemi, 601 (+1) reaktiv yaylım atəşi sistemi, 362 (+0) hava hücumundan müdafiə sistemi, 314 (+0) təyyarə, 299 (+0) helikopter, 3300 (+37) PUA, (+ 1183 (+7) qanadlı raket, 18 (+0) gəmi, 6461 (+33) avtomobil texnikası və avtosistern, 509 (+2)) xüsusi texnikası məhv edilib.

Tunar Altunbay