Ukrayna üzərindən Avropaya Rusiya qazının nəqli dayandı

 11:29 11.06.2023     438

Rusiyanın “Qazprom” şirkətinin "Suсa" qaz ölçmə stansiyası üzərindən Avropaya qaz nəqli üçün müraciəti Ukrayna tərəfindən rədd edilib.

Redaktor.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom” məlumat yayıb.

 

"Qazprom" Ukrayna üzərindən Qərbi və Mərkəzi Avropaya gündəlik 42,4 milyon kubmetr qaz nəql edib. Bu, Qərbi və Mərkəzi Avropaya Rusiya qazının nəqli üçün yeganə marşrut olub.