Dünyanın ən bahalı yaqutu 90 saniyəyə satıldı - FOTO
55 karat ağırlığında dünyanın ən bahalı yaqutu Nyu Yorkdakı “Sotheby's” hərracında rekord qiymətə 34,8 milyon dollara satılıb.
Redaktor.az news.ru-ya istinadla xəbər verir ki,“Estrela de Fura” adlı ən nadir qiymətli daş hərrac başlayandan cəmi 90 saniyə sonra alıcı tapıb.
Tarixin ən böyük qiymətli yaqutu olan daş 2022-ci ilin iyulunda Afrikada kəşf edilib. O, Mozambikdəki mədənlərdən birində Kanadanın “Fura Gems” şirkəti tərəfindən çıxarılıb və “Estrela de Fura” – “ən qiymətli və vacib”, yaxud da “son dərəcə nadir” daş adlandırılıb.
Yaqutun ilkin çəkisi indiki ölçüsündən təxminən iki dəfə çox - 101 karat olub. O, simmetrik formada cilalanıb.