Ukrayna İran istehsalı olan 6 PUA-nı məhv etdi

 13:25 11.06.2023     542

Ukraynanın hava hücumundan müdafiə qüvvələri iyunun 11-ə keçən gecə İran istehsalı olan 6 pilotsuz təyyarəni məhv edib.

Redaktor.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna SQ-nin Hərbi Hava Qüvvələrinin teleqram kanalına istinadən xəbər verir.

PUA-lar ölkənin şərqində, "Vostok" hava komandanlığının zonasında vurulub.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İran Moskvaya "Şahed" pilotsuz uçan aparatlarını tədarük edir.