Tayvan Çin qırıcılarının qarşısını almaq üçün havaya təyyarələr qaldırdı

 12:59 11.06.2023     259

Çinin 10 hərbi təyyarəsi Tayvan boğazının orta xəttini keçdiyi üçün Tayvan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.

Redaktor.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, Çinin dörd hərbi gəmisi eyni vaxtda döyüş patrulları həyata keçirir.

Bundan əvvəl iyunun 8-də Çinin 37 hərbi təyyarəsi hava hücumundan müdafiə zonasında uçuşlar həyata keçirib.