Bu ölkədə dəhşətli zəlzələ baş verdi

 16:39 11.06.2023     565

Yaponiyanın şimalındakı Hokkaydo adası yaxınlığında 6,2 maqnitudada zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, yeraltı təkanların episentri adanın cənub hissəsində, Sakit okeanın 140 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Zəlzələ bütün Hokkaydo prefekturasında, eləcə də Honsyu adasının şimal hissəsində hiss olunub.