Rusiyanın ən iri zavodlarından birində YANĞIN - VİDEO

 19:19 11.06.2023     476

Rusiyanın Rostov şəhərində yerləşən “Rostselmaş” müəssisəsində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Menjinski küçəsində yerləşən müəssisədə 80 kvadratmetr sahədə təkərlər yanıb. İlkin məlumata görə, ölən olmayıb. İdarənin əməkdaşları yanğının lokallaşdırıldığını bildiriblər.

Yanğının səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, “Rostselmaş” Rusiyada kənd təsərrüfatı texnikasının ən iri istehsalçısıdır.