95 ukraynalı rus əsirliyindən qayıtdı - FOTO

 20:50 11.06.2023     281

İyunun 11-də Ukrayna Rusiya Federasiyası ilə əsir mübadiləsi çərçivəsində 95 müdafiəçini vətənə qaytarıb.

Redaktor.az xəbər verir ki, onların arasında 93 sıravi və çavuş və iki zabit var.

Bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak “Telegram”da məlumat yayıb.

Onun sözlərinə görə, Mariupoldan, Çernobıl AES-dən, İlan adasından, Baxmutdan əsir düşənlər, həmçinin Azovstalın müdafiəçiləri vətənə qayıdıblar.