İki minə yaxın yük maşını Litva - Belarus sərhədinə toplaşdı

 22:08 11.06.2023     261

Təxminən iki min ağır yük maşını Litvanı tərk edərək Belarusa daxil olmaq üçün gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yaydı.

Medininkay keçid məntəqəsində 700-dən çox yük maşını növbə çəkir və sərhədi keçmək üçün təxmini gözləmə müddəti 68 saatdır.

Digər sərhəd-keçid məntəqələrində növbələr nisbətən az olsa da, toplam mindən çox avtomobil sərhədə yığışıb.