ABŞ Zelenskini qurban verəcək

 09:41 12.06.2023     418

ABŞ hökuməti Ukrayna prezidenti və Ukrayna hakimiyyətini “Şimal axını” və “Kaxovka” su elektrik stansiyasına zərbə vurmaqda ittiham edərək Volodimir Zelenskini qurban verə bilər.

Redaktor.az xəbər verir ki, bu fikri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, hüquq müdafiəçisi Raymond Makqovern YouTube-da podkastın aparıcısı Stiven Qardnerə müsahibəsində bildirib.

"“Kaxovka” su elektrik stansiyasındakı qəza barədə üç əsas versiya var. Birincisi, struktur zədələnməsi və bəndin yuxarı hissəsindəki su təzyiqi süni şəkildə yaradılıb. Biz bunu istisna edə bilmərik. Düşünürəm ki, Ukrayna tərəfinin bunu etməsi daha mümkündür. Yalnız ona görə ki, Rusiyanın bunu etməsinin mənası yoxdur. Bu, rusların idarə etdiyi inanılmaz bir rıçaqdır. Burda bizim hökumətin bir hissəsinin, Vaşinqtonda dediyimiz kimi, Zelenskini "avtobusun altına qoymağa" hazır olduğuna dair dair əlamətlər var.Çünki ABŞ ordusu Zelenskiyə görə Rusiya ilə nüvə zərbələri mübadiləsinə qarışmaq istəmir..."

Tunar Altunbay