Rusiyanın baş nazirinin müavini Ukraynada təhlükə ilə qarşılaşdı

 10:32 12.06.2023     479

Rusiya baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovun Xerson vilayətində getdiyi yerə Ukrayna qoşunları hücum edib. Lakin nazir hücumdan az əvvəl ərazini tərk edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Bir gün əvvəl baş nazirin müavini Xerson vilayətinə səfər edib və burada vilayət rəhbərliyi ilə su basmış ərazilərin sakinlərinə kömək göstərilməsi, onların zəruri mallarla, o cümlədən dərman və ərzaq məhsulları ilə təmin olunmasını müzakirə edib", - Sənaye və Ticarət Nazirliyindən bildiriblər. 

Nazirin həqiqətən də Ukrayna Silahlı Qüvvələrinin Britaniyanın “Storm Shadow” raketləri ilə vurduğu yerdə olub-olmaması ilə bağlı suala departamentin nümayəndəsi müsbət cavab verib.

Belə ki, o, daha əvvəl Telegram kanallarında yayılan məlumatları təsdiqləyib.

Tunar Altunbay