Berluskoni ÖLDÜ

 12:44 12.06.2023     382

İtaliyanın veteran siyasətçisi, “İrəli İtaliya” partiyasının qurucusu və daimi lideri, üç dəfə hökumətə rəhbərlik etmiş Silvio Berluskoni 87 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi "Corriere della Sera" qəzeti məlumat yayıb.

Aprelin əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirildikdən sonra məlum olub ki, siyasətçi xroniki miyelomonositar leykozdan əziyyət çəkir (bunun əleyhinə ağciyər infeksiyası yaranıb).

Xəstəliklə əlaqədar olaraq kimyaterapiya kursu keçib.

Daha sonra Berluskoni bir aydan çox Milanda "San Raffaele" klinikasında qaldı və iyunun 9-da yenidən xəstəxanaya yerləşdirildi.

Tunar Altunbay