Ukrayna ordusu daha bir kəndi işğalçılardan azad etdi - FOTO

 13:57 12.06.2023     338

Ukrayna ordusu Zaporojye bölgəsində irəliləyir. 

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bunu Zaporojye əlahiddə müdafiə briqadası məlumat yayıb.

Hərbçilər iyunun 4-də müdafiə əməliyyatı çərçivəsində Novodarovka kəndini işğalçılardan azad etdiklərini bildirir.

"Lakin rus işğalçıları kəndi geri qaytarmağa çalışsalar da, düşmənin yaşayış məntəqəsini nəzarət altına almaq üçün bir neçə gün davam edən çoxsaylı cəhdləri uğursuz alınıb”, - briqadanın açıqlamasında deyilir.

Qeyd edək ki, dünən Ukrayna əsgərləri Donetsk vilayətində üç yaşayış məntəqəsini azad edib. Söhbət Blaqodatnı, Makarovka və Neskuchnıdan gedir.

Bu gün Müdafiə Nazirliyi hərbçilərin irəliləyərək Donetsk vilayətində Storozhevoeni azad etdikləri barədə məlumat yayıb.

Turan İSMAYIL

2