ABŞ-dan BMT ilə bağlı mühüm TƏKLİF

 19:32 12.06.2023     367

ABŞ Prezidenti Co Baydenin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına veto hüququ vermədən daha altı daimi yer əlavə etməyi təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadla bildirib.

Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib.

Bildirilir ki, artıq Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild təşkilata üzv olan 193 ölkənin diplomatları ilə üzvlərin sayının genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.