İtaliyada milli matəm elan ediləcək

 21:44 12.06.2023     626

İtaliya hakimiyyəti keçmiş baş nazir Silvio Berluskoninin 14 iyunda Milanda keçiriləcək dəfn günü ölkədə milli matəm elan ediləcəyini açıqlayıb.

Redaktor.az "Corriere della Sera"ya istinadla bildirir ki, bu barədə İtaliya höküməti bəyanat yayıb.

“Keçmiş baş nazir Silvio Berluskoninin vəfatı ilə əlaqədar 2023-cü il iyunun 12-dən 14-dək bütün ölkədəki dövlət qurumlarında və İtaliyanın xaricdəki diplomatik və konsulluq missiyalarının binalarında bayraqlar yarıya endiriləcək. Rəsmi dəfn mərasiminin keçiriləcəyi gün 2023-cü il iyunun 14-də isə ümummilli matəm elan olunacaq”, - hökumətin yaydığı məlumatda bildirilib.

Dəfn mərasiminin çərşənbə günü Milanın Kafedralında keçiriləcəyini təsdiqləyib.

Mərasimi Milanın arxiyepiskopu Mario Delpini aparacaq.

İtaliya Prezidenti Sercio Mattarellanın dəfn mərasimində iştirakı gözlənilir.