ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq - HAWK, "Puma"...

 23:33 12.06.2023     328

ABŞ tezliklə Ukraynaya yeni hərbi yardım paketləri ayıracaq.

Redaktor.az "ren.tv"yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Düşünürəm ki, çox yaxında siz ABŞ-dan əlavə (hərbi - red.) yardım paketlərini görəcəksiniz", - Kirbi bildirib.

Qeyd edək ki, ABŞ-ın son yardım paketi iyunun 9-da Pentaqonda elan edilib. Bu yardım paketi 2,1 milyard dollar dəyərində qiymətləndirilib. Buraya “kritik hava hücumundan müdafiə vasitələri və sursatları” daxildir. Silahlara HAWK hava hücumundan müdafiə sistemləri, "Puma" pilotsuz sistemləri və lazerlə idarə olunan raket sursatları və mərmilər daxildir.

Turan İSMAYIL