Ukraynada məhv edilən Rusiya helikopterlərinin sayı 300-ə çatdı

 12:15 13.06.2023     392

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 216650 (+470) nəfər canlı qüvvəsi, 3935 (+4) tank, 7642 (+6) ədəd zirehli döyüş maşını, 3766 (+20) ədəd artileriya sistemi, 601 (+0) reaktiv yaylım atəşi sistemi, 363 (+1) hava hücumundan müdafiə sistemi, 314 (+0) təyyarə, 300 (+1) helikopter, 3309 (+2) PUA, 1183 (+0) qanadlı raket, 18 (+0) gəmi, 6473 (+2) avtomobil texnikası və avtosistern, 511 (+1) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2