Tramp məhkəmədən əvvəl vəkillərsiz qaldı

 17:49 13.06.2023     332

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatının tanınmış vəkillərinin əksəriyyəti tərəfindən məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı ittiham irəli sürüləcəyi dövlət sirri ilə bağlı məhkəmə prosesi ərəfəsində rədd edilib.

Redaktor.az bu barədə “The Washington Post”a istinadla xəbər verir.

Məlumata görə, hüquqşünaslar Cim Trusti və Con Roulinin qəfil gedişindən sonra Tramp Mayamidə məxfi federal sənədlərlə işləmək üçün müvafiq keyfiyyətlərə malik tanınmış vəkilləri işə götürməyə çalışıb. Lakin Vəkillər Kollegiyasının yerli nümayəndələri onun müştəri kimi mübahisəli reputasiyasına, vəkilləri aqressiv müdafiə xəttinə meyilləndirdiyinə görə belə təklifi qəbul etməkdən imtina ediblər.

Bundan əlavə, hüquqşünaslar Donald Tramp üçün işləməyin reputasiyalarına mənfi təsirindən qorxurlar.

Xatırladaq ki, sabiq dövlət başçısına 38 maddə üzrə ittiham irəli sürülüb. İttiham aktında “məxfi sənədləri qanunsuz saxlama”, “yalan şahidlik”, “ədalətə mane olmaq üçün sui-qəsd” kimi maddələr var. Onların hər biri Ağ Evin keçmiş rəhbərini 20 il həbslə hədələyir.

Trampın artıq Mayamiyə gəldiyi və daha sonra məhkəmə qarşısına çıxacağı bildirilib.

Həmidə İBRAHİMLİ