Almaniya içməli su qıtlığı ilə üzləşib

 17:55 13.06.2023     359

Almaniya yayda quraqlıq səbəbindən içməli su çatışmazlığı ilə üzləşə bilər.

Redaktor.az bu barədə “Bild” qəzetinə istinadla xəbər verir.

Almaniya Şəhərlər və Bələdiyyələr Assosiasiyasının şəhərsalma və ətraf mühit üzrə eksperti Bernd Dusterdieck ölkədə içməli su qıtlığı təhlükəsinin olduğunu təsdiqləyib.

Məlumata görə, bəzi bölgələrdə xüsusilə ağır vəziyyətlər yarana bilər.

“Almaniyada bələdiyyə içməli su təchizatı ümumi su təchizatının üç faizindən azını təşkil etsə də, uzun sürən istilik dalğaları və quraqlıq bölgədə su qıtlığına səbəb ola bilər. Keçən yay göstərdi ki, bu, xüsusən Almaniyanın şərqindəki bəzi bölgələrdə, eləcə də Aşağı Saksoniyada və ölkənin cənubunda baş verə bilər”, - deyə o, proqnozlaşdırıb.

Həmidə İBRAHİMLİ