Putin T-90M “Prorıv”ı dünyanın ən yaxşı tankı adlandırdı

 19:41 13.06.2023     320

Döyüşlər təsdiqlədi ki, T-90M “Prorıv” dünyanın ən yaxşı tankıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi komandirlərlə görüşündə deyib.

"Bizə müasir tank əleyhinə silahlar lazımdır. Bəli, müasir tanklar da lazımdır. İndi deyə bilərik ki, T-90 "Prorıv" dünyanın ən yaxşı tankıdır. Bu tanklarda təhlükəsizlik daha yüksəkdir”, - dövlət başçısı bildirib.

O, döyüşçülərdən birinin belə bir tankın yüksək partlayıcı olan minaya necə düşməsi ilə bağlı sözlərini təkrarladı. "Görünür, o, sadəcə olaraq uçub. Adam yaralanıb, lakin canlı mərmidən deyil, sadəcə, möhkəm dəyib. Tank işlək vəziyyətdə qalıb", - prezident vəziyyəti təsvir edib.

Qeyd edək ki, T-90M "Prorıv" tankı T-90 ailəsindəki ən qabaqcıl hərbi nəqliyyat vasitəsi hesab olunur.

Turan İSMAYIL