"Tərkibində uran olan sursatlardan biz də istifadə edəcəyik" - Putin

 21:55 13.06.2023     273

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyasında tərkibində uran olan çoxlu sursat var, lakin onlardan istifadə edilmir.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə o hərbi jurnalistlərlə söhbətində deyib.

“Bizim çoxlu uranla birləşdirilmiş sursatlarımız var, onlardan cavab olaraq istifadə edəcəyik, onların profilaktik istifadəsinə ehtiyac yoxdur”, - o, bildirib.

Prezident qeyd edib ki, anbarlarda heç nə qalmadığından Qərb Ukraynanı uran sursatları ilə təchiz etməyə hazırdır.
"Uranlı sursatlar, görünür, anbarlarda var.  Çünki istehsalı genişləndirmək sizin üçün baha başa gəlir... Qərb Ukrayna üçün bütün silahları anbarlardan yığışdırıb, onlar Yalnız Cənubi Koreya və İsrail qalıb, amma bu tezliklə bitəcək”, - deyə Putin qeyd edib.

O, Ukraynanın hərbi-sənaye kompleksinin tezliklə yox olacağını proqnozlaşdırıb, hansı ki, özü praktiki olaraq heç nə istehsal etmir.

Putinin sözlərinə görə, Ukraynanın demilitarizasiyası məsələsi çox praktik müstəvidədir.

Daha əvvəl "Wall Street Journal" ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Böyük Britaniyadan sonra Ağ Ev Ukraynaya tərkibində uran olan tank mərmilərinin verilməsini təsdiqləmək niyyətindədir.

Tunar Altunbay