Dünyanın sonunu gözləyərək acından ölənlərin sayı 303 nəfəri keçdi

 23:34 13.06.2023     302

Keniyanın Malindi şəhərində “İsa peyğəmbərlə qarşılaşacağına söz verilən” və ölüm “oruc”unda həyatını itirənlərin sayının 303 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli "Nation" qəzeti məlumat yayıb.

Bu gün daha 19 meyit aşkarlanıb. Daha 95 nəfər xilas edilib, 613-ü itkin düşmüş hesab olunur.

Qeyd edək ki, Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. Qəbirlərin açılması işi Keniyanın şərqində təxminən 20 il əvvəl bu təriqəti yaradan pastor Pol Makkenzinin Şakahol meşəsində yerləşən malikanəsinin ərazisində aparılır. Polis qurbanların ilk meyitlərini aprelin 14-də aşkar edib. Qəbirlər 323 hektar ərazidə yerləşir.

Mayın 1-də xüsusi ekspert qrupu eksqumasiya edilmiş meyitlərin yarılmasına başlayıb.