Putin ABŞ-ı III Dünya müharibəsi ilə HƏDƏLƏDİ

 23:21 13.06.2023     242

"Üçüncü Dünya Müharibəsi baş verərsə hər kəs, o cümlədən ABŞ məğlub olacaq".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin hərbi jurnalistlərlə görüşündə deyib.

"Birləşmiş Ştatların rəhbərliyi Rusiya ilə müharibədən qorxmadığını iddia edir. Əslində, ABŞ-da sağlam başı olan çoxlu insanlar var və onlar açıq şəkildə işi bu münasibətlərin III Dünya Müharibəsinə aparmasını istəmirlər. Çünki onlar müharibədə qalibin olmayacağını, xüsusilə də ABŞ-ın qalib gəlməyəcəyini yaxşı başa düşürlər”, - Putin bildirib.

Tunar Altunbay