Dövlət Departamenti İranla sövdələşməni təkzib etdi

 23:59 13.06.2023     255

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı sövdələşməyə dair xəbərlər həqiqətə uyğun deyil.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

 

“Bu mövzuda yazılanların əksəriyyəti, o cümlədən hansısa sövdələşmə haqqında məlumatlar həqiqətə uyğun deyil” – Miller vurğulayıb (apa).