Putin PUA-larla bağlı göstəriş verdi

 11:46 14.06.2023     264

Rusiya Prezidenti Vladimir Putin ölkənin vahid hava məkanına, o cümlədən sənayenin rəqəmsallaşdırılması yolu ilə pilotsuz uçuş aparatlarının (PUA) inteqrasiyası vəzifəsini qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə "kremlin.ru" saytında məlumat verilib.

"Rusiya Federasiyası Hökuməti pilotsuz uçuş sistemlərinin təhlükəsiz istismarını təmin etmək üçün pilotsuz təyyarələrin Rusiya Federasiyasının vahid hava məkanına inteqrasiyası üçün kompleks tədbirlər görür, hava hərəkətinə xidmət sistemləri, naviqasiya, eniş, müşahidə, rabitə və pilotsuz uçuş sistemlərindən qeyri-qanuni istifadəyə qarşı mübarizə, o cümlədən hava hərəkətinin idarə edilməsinin rəqəmsal transformasiyası məsələsini nəzərdən keçirir ”, - dövlət başçısının tapşırıqlar siyahısındakı bəndlərdən birində deyilir.

Turan İSMAYIL