Türkiyə ordusu 10-larla terroçunu məhv etdi

 12:35 14.06.2023     303

Türkiyə ordusu Suriyanın şimalında terrorçu kürd qruplaşmalarının 41 döyüşçüsünü məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Bizim bazalarımıza hücum edən PKK və SNA terror təşkilatlarına qarşı əməliyyatlar keçirməyə davam edirik. Silahlı qüvvələrimiz Tel Rıfat və Mənbic bölgələrində tapdıqları sığınacaqları məhv edərək 41 terrorçunu zərərsizləşdirib",-deyə nazirlik bildirib.

Xatırladaq ki, iyunun 11-də Türkiyə Müdafiə Nazirliyi Suriyada 7 PKK və SNA terrorçularını zərərsizləşdirildiyini açıqlayıb. Onlar Türkiyənin Cibrin bazası və Öncüpınar polis bölməsinin ərazisinə minaatan və raket zərbələri endiriblər. Türkiyə Silahlı Qüvvələri cavab zərbələri endirərkən haubitsalardan və çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.

Arzu İSMAYIL