Tramp Baydeni rüşvət almaqda ittiham etdi

 13:33 14.06.2023     273

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu Cersidə tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, ABŞ-ın hazırkı lideri Co Bayden Barak Obamanın dövründə vitse-prezident vəzifəsində çalışarkən Ukraynanın enerji şirkəti "Burisma Holdings"dən rüşvət alıb.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, onun çıxışı bu gün respublikaçıları dəstəkləyən Amerika televiziya şəbəkələri tərəfindən yayımlanıb.

Trampın sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar diqqəti real casusluqdan və cinayətlərdən yayındırmaq cəhdidir.

"Gəlin razılığa gələk və ona qarşı ittiham irəli sürək ki, heç kim 5 milyon dollar rüşvətdən danışmasın", - Ağ Evin keçmiş rəhbəri deyib.

O xatırladıb ki, bir müddət əvvəl ABŞ senatoru Çak Qrassli bəyan edib ki, Federal Təhqiqatlar Bürosunda (FTB) Baydenin Ukrayna enerji şirkətindən rüşvət almaqda iştirakı ilə bağlı sübutlar var. Lakin FTB onları açıqlamır.

Eyni zamanda, digər respublikaçı konqresmen Ronni Cekson FTB-ni Burisma lideri ilə Bayden arasında aparılan danışıqların səs yazılarını yaymağa çağırıb. Ceksonun fikrincə, Co Bayden ABŞ-ın bütün prezidentləri arasındakı ən böyük cinayətkardır.

Qeyd edək ki, "Burisma Holdings" Ukraynada qaz hasil edən özəl şirkətlər qrupudur.

Arzu İSMAYIL