"İsveç antiterror qanunlarını tətbiq etməlidir" - Ərdoğan

 14:52 14.06.2023     271

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən antiterror qanunlarını praktikada tətbiq edəcəyini gözləyir, Ankaranın Stokholmun NATO müraciətini təsdiqləməsi bundan asılıdır.

Redaktor.az “Habertürk” telekanalına istinadən xəbər verir ki, o, bu barədə çərşənbə günü Azərbaycandan qayıdarkən müsahibəsində bildirib.

"Vilnüsdə NATO-nun sammiti keçiriləcək. Fors-major hal olmasa, mən orada iştirak edəcəm. İsveçin sammitdən alyansa daxil olmaq barədə bağlı gözləntiləri o demək deyil ki, biz onlara haqq qazandıracağıq. Birincisi, İsveç öz öhdəliklərini yerinə yetirməlidir. Onun qanunları və konstitusiyasında hüquq-mühafizə orqanlarının hüquqları müəyyən edilib. Onlardan istifadə edin. Əgər onlar tətbiq olunmasa, Vilnüsdə biz İsveçə NATO-ya daxil olması məsələsi ilə bağlı müsbət cavab verə bilməyəcəyik",- Türkiyə Prezidenti deyib.

Tunar Altunbay