"Regionda nəqliyyat əlaqələrinin blokdan çıxarılmasında maraqlıyıq" - Paşinyan

 15:14 14.06.2023     334

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk çərşənbə günü Yerevanda Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının bloklanması prosesini müzakirə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Bildiyiniz kimi, biz bu mümkün infrastrukturların ərazisindən keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyasına əsaslanaraq, regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasında və blokdan çıxarılmasında maraqlıyıq. Əminəm ki, biz bu gün bəzi aspektləri müzakirə edəcəyik. Bu münasibətlə sizinlə görüşməyimə şadam”, - Paşinyan Overçukla görüşündə deyib.

Tunar Altunbay