Ərdoğan Paşinyanı təriflədi: "Bir addım da geri çəkilmədi"

 16:56 14.06.2023     409

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Ankaraya son səfərini “vacib addım” adlandırıb, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinə görə onu tərifləyib.

Redaktor.az bu barədə Türkiyənin Anadolu dövlət agentliyinə istinadən xəbər verir.

Qeyd edək mki, iyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.

"Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan ölkəsində bir çox maneələri və müxalif əhval-ruhiyyəni dəf etdi. Mərasim zamanı onunla qısaca söhbət etmək imkanım oldu. Türkiyəyə gəlişinə görə təşəkkürümü bildirdim", - Ərdoğan qeyd edib.

Bundan əlavə, Türkiyə lideri Ermənistanın baş nazirinin Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini “vacib” adlandırıb.

"Lakin, Ermənistanda Nikol Paşinyana qarşı mənfi fikirlər var. Bu, çox, çox vacib məqamdır. Amma bu günə qədər Paşinyan yüksək irdə göstərərək bir addım belə geri çəkilməyib",- Ərdoğan bildirib.

O əlavə edib ki, Bakı ilə İrəvan arasında sülh prosesinin təşviqi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına mühüm töhfə verəcək:

“Kədərin çox olduğu bölgədə sülhün qapıları açıqdır, ona görə də tərəflər bu şansı əldən verməməli və məsuliyyətli davranmalıdır”.

Tunar Altunbay