"Azərbaycan və Ermənistanın əldə etdiyi son irəliləyişi alqışlayırıq" - AŞPA
Avropa Şurası Parlment Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Yan Liddel-Qreyncer və Liz Kristoffersen Bakı ilə İrəvan arasında danışıqlar prosesində irəliləyişi alqışlayıblar.
Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə məruzəçilərin bəyanatında deyilir.
İyunun 3-7-də Azərbaycana səfərindən sonra qəbul edilən sənəddə deyilir:
“Biz Azərbaycan və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi son irəliləyişi alqışlayırıq və hər iki ölkənin hökumətlərini danışıqları aktivləşdirməyə çağırırıq”.
Tunar Altunbay